SƏDDAM HÜSEYN QİRAƏT ÜÇÜN DARIXIB
BQXC-nin nümayəndə heyəti sabiq İraq liderinin həbsdə saxlandığı Bağdad saraylarından birinə gedərək, ona baş çəkmişdir. Həmin mənbə bildirmişdir ki, Səddam Hüseynin halı yaxşıdır, səhhətində heç bir narahatlığı yoxdur və bədən tərbiyəsi ilə müntəzəm məşğul olur. Lakin İraq tarixi haqqında kitab vermək xahişinin yerinə yetirilməməsindən şikayətlənmişdir. Ona oxumağa icazə verilən yeganə kitab Qurandır.