Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binası istifadəyə verilib

Naxçıvan, 14 avqust (AZƏRTAC). Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, muxtar respublikanın fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.

Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb.

Fövqəladə hallar naziri Şamı Abdullayev tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illər nazirliyin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, zabit və gizirlərin xidmət və sosial-məişət şəraiti yaxşılaşdırılıb. Hazırda Naxçıvan şəhərində 48 mənzilli yaşayış binasının tikintisi aparılır. Bu il nazirliyin müvafiq qurumları tərəfindən 5 təhlükə potensiallı obyekt, 57 avadanlıq və qurğu sertifikatlaşdırılıb, 56 tikinti obyektində mühəndis-geoloji axtarış işləri aparılıb.

Şamı Abdullayev yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkəmizdə uğurla davam etdirilir. Bunun da nəticəsində bütün sahələrdə inkişaf və tərəqqiyə nail olunub. Hər il ölkəmizdə yeni müəssisələr və istehsal sahələri yaradılır, iş yerləri açılır, əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müasir evlər tikilir. Tikilənlərin, qurulanların qorunub saxlanılmasında isə təhlükəsizlik tədbirlərinə əməl edilməsi vacib şərtdir. Bu işlər ölkəmizdə Fövqəladə Hallar Nazirliyi və onun yerli struktur qurumları tərəfindən həyata keçirilir.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunub, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılıb. Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binasının istifadəyə verilməsi də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Hazırda Sədərək rayonunda 5 minə yaxın təsərrüfat və sahibkarlıq subyekti mövcuddur. Şöbədə yaradılan şərait və texniki təminat yanğın təhlükəsizliyi tədbirlərinin vaxtında həyata keçirilməsinə imkan verəcəkdir.

Ümummilli liderimiz Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” - fikrini xatırladan Ali Məclisin Sədri deyib: Yaradılan şərait kollektiv qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələr hadisələr baş vermədən onun qarşısını almaqdan, təsərrüfatları və sahibkarlıq subyektlərini daim nəzarətdə saxlamaqdan, mövsümə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Ərazinin sərhəd bölgəsi olması nəzərə alınaraq əhalinin, dövlət müəssisələrinin və hərbi hissələrin fərdi mühafizə vasitələri ilə təminatı tam həyata keçirilib. Müasir iş şəraiti qarşıya qoyulan vəzifələri vaxtında icra etməyə imkan verəcək.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, kollektivə xidmətlərində uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, şöbənin inzibati binası zirzəmidən və iki mərtəbədən ibarətdir. Zirzəmidə fərdi mühafizə vasitələri yerləşdirilmiş, ərazidə 75 kubmetr həcmində yeraltı ehtiyat su hovuzu, hündürlüyü 17 metr olan təlim qülləsi və 2 anbar tikilib. Binanın birinci mərtəbəsində növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətini təmin edən otaqlar və qaraj, eləcə də sinif otağı, yataqxana, yeməkxana, istirahət otağı, çamaşırxana və qazanxana, ikinci mərtəbədə isə iş otaqları və müşavirə zalı vardır. Müşavirə zalı proyektor və kompyuterlə təchiz olunub, sinif otağında şəxsi heyətin təlimatlandırılması üçün lazımi şərait yaradılıb, məlumat stendləri və kitabçalar qoyulub.

Rayonun yanğından mühafizə planı ilə tanışlıq zamanı Ali Məclisin Sədrinə məlumat verilib ki, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yaradılmış müasir şərait rayondakı təsərrüfat subyektlərində, fərdi təsərrüfatlarda, taxıl və yaşıllıq sahələrində yanğın təhlükəsinin qarşısının alınmasını təmin edəcək. Şöbənin tabeliyində 3 yanğınsöndürən və 1 əməliyyat avtomobili, eləcə də 2 su pompası vardır. Şəxsi heyətin fərdi mühafizəsi də nəzərə alınıb, şöbəyə 80 dəst xüsusi yanğında mühafizə geyimi verilib. Dispetçer otağında quraşdırılan radiorabitə sistemi fövqəladə hadisələr zamanı 25 kilometr məsafədə şəxsi heyətin hərəkət qrafikinin müəyyənləşdirilməsi və idarə olunmasına imkan verəcək. Şöbənin əhatə etdiyi 1 qəsəbə və 3 kənddə yaşayan 15 mindən artıq əhalinin və onların əmlakının yanğından mühafizəsi məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.

Sonra Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə yeni “MAN” markalı yanğınsöndürən avtomobil verilib.

Qeyd olunub ki, Almaniya istehsalı olan “MAN” markalı avtomobil yanğınsöndürmə və xilasetmə işlərini həyata keçirir. 9 nəfər heyətlə hərəkət edən avtomobil 2,3 ton su və 300 kiloqram köpükyaradan maye tutur. Yüksək texniki göstəricilərə malik olan avtomobil siyirtməli nərdivan və yanğından mühafizə vasitələri ilə təmin olunub.

Binanın həyətində də abadlıq işləri aparılıb, idman meydançası yaradılıbdır.

Sərhəd yaşayış məntəqələrimizin müdafiə

qabiliyyəti gücləndirilir

Naxçıvan Muxtar Respublikasının hərbi potensialının möhkəmləndirilməsi və müdafiəsinin etibarlı təşkili daim diqqət mərkəzində saxlanılır. Əlahiddə Ümumqoşun Ordusunun döyüş hazırlığının yüksəldilməsi, hərbi hissələrin maddi-texniki təminatı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən hərbi hissələrində etibarlı müdafiə sistemi yaradılıb.

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda Ermənistan ilə sərhəddə yerləşən hərbi hissəyə gəlib, xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb, xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: Sədərək rayonu işğalçı Ermənistan ilə sərhəddə yerləşir. Lakin ölkəmizin digər sərhəd yaşayış məntəqələri kimi, Sədərək rayonu da bu gün inkişaf edir, abadlaşır, insanların rahat və təhlükəsiz yaşayışı üçün lazımi tədbirlər görülür. Bu tədbirlərin içərisində ən vacibi isə sərhədlərimizin müdafiəsini təmin etmək, burada xidmət keçən əsgər və zabitlərimizin məişət şəraitini yaxşılaşdırmaq, bölmələrin silah və sursat təminatını həyata keçirməkdən ibarətdir.

Ali Məclisin Sədri deyib: Əsgərlər arasındakı vətənpərvərlik və birlik hər bir ordunun gücünü təşkil edən başlıca amildir. Bu gün Azərbaycan ordusunda olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikamızda yerləşən ordu, bölmə və hissələri də torpaqlarımızın müdafiəsini təmin etməklə bərabər, həm də sərhədlərimizi etibarlı şəkildə qoruyurlar. Siz, üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirməklə, xidmətinizi qarşılıqlı hörmət və birlik əsasında qurmaqla, ilk növbədə ölkəmizin müdafiəsinin etibarlı təşkilinə və xalqımızın rahat yaşayışına xidmət edirsiniz. Unutmamalısınız ki, xidməti fəaliyyətinizi işğalçı ölkə ilə sərhəddə aparırsınız. Ona görə də döyüş hazırlığınız daim yüksəldilməli, təhlükəsizlik tədbirlərinə əməl edilməli, xidməti tapşırıqlar vaxtında icra olunmalıdır.

Ali Məclisin Sədri şəxsi heyətin bundan sonra da öz xidməti fəaliyyətlərini uğurla yerinə yetirəcəklərinə əminliyini bildirib, onlara xidmətdə uğurlar arzulayıb.

Əsgər Yunis Axundov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərhəd bölgələrində, düşmənlə üz-üzə mövqelərdə xidmət edən əsgərlərlə görüşünün şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını, onların vətənpərvərlik hisslərini, mübarizlik əzmini daha da artırdığını qeyd edib, hər zaman düşmənə layiqincə cavab verməyə hazır olduqlarını bildirib.

Sonra Ali Məclisin Sədri tabor mərkəzində şəxsi heyətin xidməti-məişət şəraiti ilə maraqlanıb.

Məlumat verilib ki, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və təşkili yüksək səviyyədədir. Əsas komanda heyətinin fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi istənilən hərbi vəzifəni uğurla icra etməyə imkan verir. İnzibati, tədris və digər xidməti otaqların da yerləşdiyi binanın dəhlizində döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar və məlumat stendləri asılıb. Burada xidmətin nümunəvi təşkili ilə yanaşı, əsgərlərin yüksək səviyyədə qidalanmaları və sağlamlıqlarının qorunması üçün də hər cür şərait vardır.

Tabor mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri komanda-müşahidə məntəqəsində olub.

Bildirilib ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən strateji əhəmiyyətli zirvə və yüksəkliklərində etibarlı müdafiə sistemi formalaşdırılıb. Bu yüksəkliklərdə xidmət aparan əsgər və zabitlərimiz yüksək döyüş hazırlığına malikdirlər. Döyüş növbətçiliyini aparan şəxsi heyətin istifadəsində olan cihazlar ən çətin hava şəraitində belə qarşı tərəfin mövqelərinin müşahidə edilməsinə imkan verir. Burada mühəndis - istehkam qurğuları və maneələr yaradılıb, müdafiə rayonunun qorunmasının təşkili sahəsində mühüm tədbirlər görülüb. Müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təchizat isə bölgənin etibarlı müdafiəsinə təminat verir.

Ali Məclisin Sədri xidmətin nümunəvi təşkili və döyüş qabiliyyətinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Gətirilmiş ərzaq, meyvə, şirniyyat və digər məhsullar mətbəxə təhvil verilib.

Sədərək rayonunda yeni ictimai-iaşə

obyekti açılıb

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək kəndinə gəlib, burada inşa olunan yeni ictimai-iaşə obyekti ilə tanış olub.

Məlumat verilib ki, muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı digər sahələrlə yanaşı, xidmət sektorunun inkişafına da hərtərəfli şərait yaradıb. Bu da insanların rahatlığının təmin olunması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Sədərək kəndində yaradılan yeni ictimai-iaşə obyekti də rayon sakinlərinin tələbatı nəzərə alınaraq inşa olunub.

İstifadəyə verilən şadlıq sarayı 350 yerlikdir. Burada toy mərasimlərinin keçirilməsi üçün lazımi şərait yaradılıb, binanın interyeri müasir dizayn əsasında qurulub. Həmçinin ərazidə 7 kabinə və kiçik mərasimlərin keçirilməsi üçün ziyafət zalı istifadəyə verilib, 15 nəfər işlə təmin olunub.

Binanın həyətində də abadlıq işləri aparılıb, gül-çiçək əkilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib