“Şəfa” ilk legioner futbolçu transferini reallaşdırıb
Bakı, 1 iyul, AZƏRTAC
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şəfa” ilk legioner transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Premyer Liqanın yeni iştirakçısı yarımmüdafiəçi Vlad Marian Popu heyətinə qatıb. Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rumıniya U-21 millisinin sabiq üzvü olan oyunçu son olaraq “Unirya” (Sloboziya) klubunun formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində “Universitatya” (Krayova) və “Mioveni” kimi komandalarda da çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]