Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəfəq Məmmədova: Artıq qlobal səviyyəyə çıxan blogerlərimiz var

Şəfəq Məmmədova: Artıq qlobal səviyyəyə çıxan blogerlərimiz var

Bakı, 5 dekabr, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC Azərbaycanın populyar blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz bu yola çox kiçik addımlarla başlayan, amma əzmkarlığı və səmimiyyəti sayəsində əsl uğur simvoluna çevrilən bloger və sahibkar Şəfəq Məmmədova oldu. Şəfəq uğurlu aksesuar brendi yaratdı və daha sonra şəxsi səhifəsini minlərlə insanı ruhlandıran platformaya çevirdi. AZƏRTAC-ın müxbiri ilə söhbətində Şəfəq uğura necə çatmasından danışıb, yeni başlayan bloqçulara faydalı məsləhətlər verib.

- Şəfəq, bloqunuzu yaradanda nədən başladınız?

- Hər şey mənim aksesuar brendimdən başladı. Məhsullarımı tanıtmaq üçün səhifə yaratdım, zaman keçdikcə o, diqqəti cəlb etdi. Brend məşhurlaşan kimi insanlar bu layihənin arxasında kimin dayandığı ilə maraqlanmağa başladılar. Bütün fərziyyələri dayandırmaq üçün şəxsi səhifə yaratdım, xüsusi nəsə gözləməsəm də bu səhifə mənim bütün gözləntilərimi üstələdi. Mən bunun üçün qeyri-adi heç nə etmirdim - sadəcə gündəlik həyatımı göstərirdim: iş, gündəlik rutin, evdə etdiklərimi bölüşürdüm. Ətrafda hamı öz iddialı həyatını nümayiş etdirərkən mən bazara alış-veriş üçün necə getdiyimi, özümə necə paltar tikdiyimi göstərirdim. Bu təzad diqqət çəkdi.

- Yaradıcı nəşrlər üçün ideyaları haradan götürürsünüz?

- Düzünü desəm, bunun üçün xüsusilə heç nə axtarmıram. Məzmunun əksəriyyəti həyatımdan real hadisələrdir, dərc etməzdən əvvəl onların üzərində bir qədər işləyirəm. Mənim ilham mənbəyim səyahətlərdir. Mən səyahətə tək çıxanda başıma maraqlı əhvalatlar gəlir, sonra onları “canlandırıram”. Həm də mən musiqini çox sevirəm - bu, ailəvi xüsusiyyətdir. Mən çox vaxt maşında mahnı oxuyuram və videoları paylaşıram, onlar da populyarlaşır. Əsas odur ki, mükəmməl görünməyə çalışmayın, özünüz necə varsınız elə olun. İnsanlar səmimiyyəti hiss edir və bunu bəyənirlər.

- Bloqunuz yaranandan bəri necə dəyişib?

- Zaman keçdikcə tanınmış brendlər, o cümlədən aviaşirkətlər mənim haqqımda öyrəndilər. Məhz o zaman anladım ki, bloqum sadəcə şəxsi səhifədən daha böyük bir nəyəsə çevrilib. Sonra səyahətlərim və işbirliyim daha tez-tez oldu. İndi bloqum təkliflərə uyğun olaraq inkişaf edir və bu mənim xoşuma gəlir.

- Bloq və biznesi eyni zamanda birləşdirmək çətindirmi?

- Xeyir, çünki mənim başıma gələnlər təbii şəkildə baş verir. Mən bütün fəaliyyətlərimi ahəngdar şəkildə birləşdirməyi bacarıram və birbaşa işdən məzmun yarada bilirəm, çünki bu, həyatımın vacib hissəsidir.

Mənim iki biznesim var: aksesuar satışı və tortun bişirilməsi. Bütün bunları bloqumda nümayiş etdirirəm, ona görə də iş və yaradıcılıq bir-biri ilə sıx bağlıdır. Təbii ki, gərgin günlər olur, amma sevdiyin işlə məşğul olanda bu, yorğunluq deyil, zövq verir.

- Hələ tələbəlik illərində sizi biznes qurmağa nə vadar etdi?

- Ailəmizin maddi vəziyyəti ağır idi. Pul qazanmağın yolunu tapmaq lazım idi. Həm də uşaqlıqdan zərgərlik məmulatları yaratmağı çox sevdiyim üçün məhsullarımı satmağa başladım. Daha sonra anamla birlikdə başladığımız çörəkçilik biznesi də əlavə oldu.

- Səyahətə olan sevginizlə işi necə birləşdirə bilirsiniz?

- Mən həmişə səfərlərimi diqqətlə planlaşdırıram və şəhərdə adamların az olduğu həftəsonunu və ya bayram günlərini seçirəm. Üstəlik, mən olmadığım zaman işlərin öhdəsindən çox gözəl gələn etibarlı komandam var. Bunun sayəsində işin öz axarı ilə getdiyini bilərək, rahat şəkildə səfərə çıxa bilərəm.

- Siz “Avrovizion” həyəcanını da yaşamısınız. Müsabiqənin hansı məqamı sizin üçün ən parlaq və yaddaqalan olub?

- “Avrovizion” mənim uşaqlıq arzum olub və bu möhtəşəm tədbirdə olarkən özümü nağıldakı kimi hiss edirdim. Mənim üçün ən parlaq xatirə inanılmaz işıq görüntüsü və tamaşaçıların əllərini qaldıraraq parlayan bilərziklərlə necə idarə etməsidir. Minlərlə insan eyni anda əllərini qaldırarkən bütün arena saysız-hesabsız işıqlarla parlamağa başladı. Bu, həqiqətən sehrli bir mənzərə idi və mən onu hələ də həyəcanla xatırlayıram.

- Getdiyiniz ölkələrdən hansı birisi daha çox yaddaqalan oldu?

- Məni ən çox Niderland, xüsusən də Amsterdam heyran etdi. Düzünü desəm, hətta deyə bilərəm ki, bir gün köçüb orada yaşayacağam. Bu, artıq səfər etdiyim 36-cı ölkədir. Amsterdam məni öz ab-havası ilə valeh etdi. İsveçrə də məni heyran etdi. Alp dağları heyrətamizdir. Bu gözəllikdən insan gözünü ayıra bilmir. İnsan gözlərinə inana bilmir ki, təbiət bu qədər gözəl ola bilər.

- Sizcə, 10 ildən sonra bloqçuluq ölkəmizdə necə inkişaf edəcək?

- Düşünürəm ki, o, yeni səviyyəyə yüksələcək. Artıq qlobal səviyyəyə çıxmış blogerlərimiz var və bu, hörmətə layiqdir. Onlar qlobal tendensiyalara əməl edir, Milan və Parisdə moda həftələri kimi tədbirlərdə iştirak edirlər. Bütövlükdə, bizim xalqın estetik zövqü yüksəkdir. Biz başqa ölkələrdən ən yaxşı ideyaları mənimsəməyi və onları daha gözəl şəkildə həyata keçirməyi bacarırıq. Əminəm ki, 10 ildən sonra ölkəmizdə bloqçuluq yüksək səviyyəyə çatacaq. Onu da qeyd etmək istəyirəm ki, blogerlərimiz çox zəhmətkeşdirlər. Bizim həyata keçirdiyimiz çəkilişləri və layihələri başqalarında çox az görmək olar.

- Səyahətlə maraqlanan yeni başlayan blogerlərə nə məsləhət verərdiniz?

- Qonşu ölkələrə səfərlərdən başlamaq lazımdır. İlk səfər həmişə bir az qorxulu olur. Avropaya ilk dəfə gedəndə məni daim belə bir fikir təqib edirdi: “Əgər nəsə baş verərsə, mən burada kimə müraciət edə bilərəm?” Səyahətə tək çıxanda hər şeyin yalnız səndən asılı olduğunu dərk etməyə başlayırsan və bu, məsuliyyət hissini aşılayır. Buna görə də Türkiyə, Gürcüstan və Rusiyadan başlamağı tövsiyə edirəm. Bu ölkələrdə həmişə həmvətənlərlə rastlaşmaq olar və yalnız bundan sonra təcrübə qazanaraq dünyanın daha uzaq guşələrinə gedə bilərsiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır

Laçındakı Ağoğlan monastırı Alban-Udi icmasının üzvləri tərəfindən ziyarət olunub

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI