Şəhərlərarası sərnişindaşımada avtobus parkı yenilənir
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlanılır.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, Sumqayıtdan ölkənin müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən 34 reys üzrə bu günədək 24 müsabiqə keçirilib.
Bu müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 15 yeni və müasir avtobus cəlb edilib. Bu, avtobus parkının 45 faizinin müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi deməkdir. Reyslərin 70 faizi onlayn bilet satışı üçün “biletim.az" portalına inteqrasiya olunub.
Sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin yenilənməsi və bütün reyslərin “biletim.az” portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:20]
Əhalinin gəlirləri 10 faizədək artıb
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]