Şəhərlərin sakinlərin ehtiyaclarına uyğun şəkildə inkişaf etdirilməsi gələcək üçün mühüm rol oynayır VİDEO
Bakı, 20 may, AZƏRTAC
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində şəhərsalma və urbanizasiya ilə bağlı müxtəlif müzakirə və panel sessiyaları təşkil olunub. Forum iştirakçıları panellərdə şəhərlərin gələcək inkişafı, insanların yaşayış şəraitinin yaxşılaşdırılması və dayanıqlı urbanizasiya məsələlərini müzakirə edirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində nigeriyalı mütəxəssis Ekene Uvka söyləyib. O bildirib ki, sessiyalarda insanların gündəlik ehtiyaclara daha rahat çıxışının təmin olunması, şəhər infrastrukturunun müasir tələblərə uyğun qurulması və yaşayış mühitinin daha əlçatan formada inkişaf etdirilməsi əsas mövzulardan biri kimi diqqət çəkir. Müzakirələrdə şəhər sakinlərinin təhsil, xidmət və digər əsas ehtiyaclara yaxın məsafədə çıxış imkanlarının artırılmasının əhəmiyyəti vurğulanır.
Forum çərçivəsində səsləndirilən fikirlər, o cümlədən şəhərlərin daha rahat, funksional və insan amili əsasında inkişaf etdirilməsi məsələləri gələcək urbanizasiya siyasətində mühüm rol oynayacaq.