“ŞƏHİDLƏR MUZEYİ” ZƏNGİNLƏŞİR
AZƏRTAC-ın muxbiri xəbər verir ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində yaradılmış “Şəhidlər muzeyi”ndə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun döyüş yolunu əks etdirən materiallara, fotosənədlərə geniş yer ayrılmışdır. Son vaxtlar muzey yeni eksponatlarla zənginləşmişdir.
Ayrı-ayrı bölmələrdən ibarət muzeydə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində doğma torpaqlarımız uğrunda şəhid olmuş tərtərlilərin qəhrəmanlığından bəhs edən materiallar toplanmışdır.