Şəhidlərimizin ruhu bizim üçün daim əzizdir
Bakı, 20 yanvar (AZƏRTAC). Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer vardır. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır.
Şəhidlərimizin məzarlarını ziyarət etməyə gələnlərdən biri də Bakının 280 nömrəli məktəbinin şagirdi Bayram Tahirovdur.
AZƏRTAC-a müsahibəsində Bayram Tahirov bildirmişdir ki, hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu müqəddəs məkanı ziyarət edir. Məktəbimizin müəllim və şagird heyəti ilə bərabər mən də bu insan selinə qoşulub o müqəddəs insanların məzarlarını ziyarət edirəm. Şəhidlərimizin ruhu bizim üçün əzizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]