Şəhidlərin qəhrəmanlıq nümunəsi nəsillərə ən layiqli örnəkdir
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar şəhidlərinin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Bu sözləri respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlmiş Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi İsa Zeynalov AZƏRTAC-a müsahibəsində bildirmişdir. 20 Yanvar hadisəsi tariximizin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlıq uğrunda mübarizəyə qalxan fədakar Vətən övladları sovet ordusunun ağır hərbi texnikasının, mənfur hərbçilərin qarşısına əliyalın çıxaraq əsl vətənpərvərlik, igidlik nümunəsi göstərmişlər.
Şəhidlərin qəhrəmanlıq nümunəsi nəsillərə ən layiqli örnəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]