SƏHİYYƏ İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQININ BİRİNCİ QURULTAYI KEÇİRİLMİŞDİR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı S.Mehbalıyev qurultayda çıxış edərək, son vaxtlar Azərbaycan səhiyyəsində aparılan islahatlardan, əhaliyə tibbi yardımın keyfiyyətinin yüksəldilməsindən, tibbi təhsilin və tibb elminin inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsində həmkarlar ittifaqlarının rolundan danışmışdır.
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və onun seçkili orqanlarına gələcəkdə öz səylərini həmkarlar ittifaqı üzvlərinin iqtisadi, sosial, əmək hüquqlarının və maraqlarının müdafiəsinə daha səylə yönəltməyi tövsiyə edən S.Mehbalıyev, həmkarlar ittifaqı işindəki səmərəli fəaliyyətinə görə Elmira Əli qızı Quliyevaya və Surxay Novruz oğlu Musayevə “Azərbaycan Həmkarlar İttifaqlarının 100 illiyi” yubiley medallarını təqdim etmişdir.
Respublika Səhiyyə İşçiləri Həmkarlar İttifaqının 1-ci qurultayı müzakirə olunan məsələlər barədə qərar qəbul etmişdir.
Sonra təşkilati məsələyə baxılmış, Emin Əfəndiyev Səhiyyə İşçiləri HİRK-in sədri seçilmişdir.
Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.