Şəhriyar Məmmədyarov Norveçdə keçirilən şahmat turnirinə qələbə ilə başlayıb
Bakı, 5 iyun, AZƏRTAC
Norveçin Stavanger şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı "Altibox Norway Chess 2019" superturnirinin birinci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu nüfuzlu yarışın ilk turunda azərbaycanlı qrossmeyster amerikalı Fabiano Karuanaya qarşı mübarizə aparıb. Partiya heç-heçə başa çatıb, rapiddə şahmatçımız rəqibini məğlub edib (05:05 (1:0, rapid). Təmsilçimizin aktivində 1,5 xal var. İkinci turda Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.
Turun digər oyunlarında Maqnus Karlsen (Norveç) Vişvanatan Anand, Din Lijen (Çin) Uesli So (ABŞ), Levon Aronyan (Ermənistan) Aleksandr Qrişuka (Rusiya) qalib gəlib. Maksim Vaşe-Laqrav (Fransa) Yu Yangyiə (Çin) məğlub olub.
İkinci turda digər şahmatçılar, Maqnus Karlsen Levon Aronyan, Din Lijen Yu Yangyi, Uesli So Aleksandr Qrişuk, Fabiano Karuana Maksim Vaşe-Laqravla mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]