Şəhriyar Məmmədyarov rapid üzrə dünya çempionatında 8-ci yeri tutub
Bakı, 28 dekabr, AZƏRTAC
Varşavada blits və rapid üzrə dünya çempionatının rapid yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, kişilər arasında yarışda 13 turdan 9 xal toplayan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 8-ci yeri tutub. Xəzər Babazadə, Məhəmməd Muradlı, Rauf Məmmədov 6,5, Aydın Süleymanlı, Vasif Durarbəyli 6 xal toplayıblar.
Qadınlar arasında keçirilən turnirdə isə təmsilçilərimizdən ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib. On bir turdan 7,5 xal toplayan şahmatçımız bu nəticə ilə 12-ci yerdə qərarlaşıb. Digər təmsilçilərimiz Xanım Balacayeva 6,5 xalla 26-cı, Gövhər Beydullayeva 6 xalla 37-ci, Türkan və Zeynəb Məmmədyarovalar 5,5 xalla 44-59-cu yerləri bölüşüblər.
Rapid üzrə kişilər arasında Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov (9,5 xal), qadınların yarışında isə rusiyalı Aleksandra Kostenyuk (9 xal) dünya çempionatının qalibi adını qazanıblar.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]