Şəki sakininin evinin zirzəmisindən tapança, tüfəng və patronlar aşkarlanaraq götürülüb
Bakı, 4 iyun, AZƏRTAC
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini R.Əliyevin evinin zirzəmisindən “Naqan” markalı tapança, “İJ” markalı yivli tüfəng və müxtəlif çaplı 41 patron aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.