Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkidə keçirilən Beynəlxalq ənənəvi şirniyyat festivalı dostluğun və qardaşlığın tərənnümünə çevrildi VİDEO

Şəki, 20 iyul (AZƏRTAC, Mustafa Dadaşov). Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində ilk dəfə Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirildi.

AZƏRTAC xəbər verir ki, XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində keçirilən festivalda 6 ölkədən, həmçinin respublikamızın 23 şəhər və rayonundan gəlmiş şirniyyatçıların hazırladıqları şirniyyat məhsulları nümayiş etdirildi.

Festivalın rəsmi açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Şəkidə müxtəlif xarakterli festivalların keçirilməsinin artıq ənənə şəklini aldığını bildirdi. Qeyd olundu ki, bir neçə gün əvvəl Şəki öz qapılarını yenidən böyük sevgi ilə ənənəvi olaraq artıq beşinci dəfə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açmışdı. Belə bir şirniyyat festivalının da məhz Şəkidə keçirilməsi çox sevindiricidir.

Azərbaycanın mədəni irsinin çox zəngin olduğunu vurğulayan mədəniyyət və turizm nazirinin birinci müavini, bu zəngin irsin qorunub saxlanılması və inkişaf etdirilməsinin, dünyaya tanıdılmasının vacibliyini önə çəkdi. Qeyd olundu ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına dövlətimiz tərəfindən böyük diqqət göstərilir. Azərbaycan Respublikası Prezidentinin və Heydər Əliyev Fondunun mədəni irsin qorunub saxlanması ilə bağlı həyata keçirdikləri məqsədyönlü tədbirlər, imzalanmış Fərman və sərəncamlar buna bariz nümunədir.

Bildirildi ki, Beynəlxalq ənənəvi şirniyyat festivalının keçirilməsinin də əsas məqsədi xalqımızın qeyri - maddi irsinin qorunub saxlanması və təbliğ olunmasına, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaqdır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirdi ki, festivalın Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə keçirilməsi heç də təsadüfü deyildir. Çox böyük inkişaf yolu keçən Şəki mətbəxi xalqımızın milli mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Şəkinin məşhur şirniyyatçılarının əldə etdikləri təcrübə, vərdiş, bilik və bacarıqlar daim zənginləşib və bu günümüzə qədər gəlib çatıb.

Qeyd olundu ki, Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün əla, ləziz dadı və geniş çeşidləri ilə fərqlənir. Diqqətə çatdırıldı ki, Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb. Bu gün Şəki təkcə özünün ipəyi ilə deyil, eyni zamanda, halvası ilə də bütün dünyada məşhurdur.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirdi ki, artıq 4 ildir iyulun 20-si dünya miqyasında Beynəlxalq Şirniyyat Günü kimi qeyd olunur. İlk dəfə 2011-ci ildə bir çox ölkələrdə keçirilən bu bayram xalqlar və insanlar arasında dostluğu və sülhü təbliğ edir.

Rəsmi hissədən sonra tədbir iştirakçıları Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya Respublikasından, həmçinin Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış oldular. Burada sərgilənən iştirakçı ölkələrin mətbəxlərinə aid şirniyyat məhsulları, həmçinin Azərbaycan qənnadıçılarının hazırladıqları şirin xörəklər (firni, xəşil, şirin plov, südlü sıyıq), unlu qənnadı məmulatları (paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası), milli şəkərli şirniyyatlar (noğul, qoz halvası, səməni halvası) tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. İştirakçı ölkələrin, eləcə də Azərbaycanı təmsil edən şirniyyat ustalarının öz məhsullarını milli geyimdə təqdim etmələri, sərgi yerlərinə bölgələrimizə məxsus olan məişət əşyalarının, həsir və xalçaların düzülməsi hamıda xoş əhval-ruhiyyə yaratdı.

Qırğızıstan Aşbazlar Assosiasiyasının sədri Şuhrat Şaripovun sədrlik etdiyi 17 nəfərdən ibarət münsiflər heyətinin tərkibinə Monqolustan Aşbazlar Assosiasiyasının sədri Jançiv Oktyabri, MDB ərazisində məşhur olan mətbəx kitablarının müəllifi, dünya şöhrətli kulinar Stalik Xankişiyev, Gürcüstan Aşbazlar Gildiyasının prezidenti Vladimir Mjvanadze, Koreya Aşbazlar Assosiasiyasının üzvü, baş aşbaz Kim Li və başqaları daxil idilər.

Xeyli davam edən müzakirələrdən sonra münsiflər heyətinin yekdil rəyi ilə Şəki və Qırğızıstan qənnadıçıları festivalın qızıl medallarına layiq görüldülər. İkinci yerə Şamaxı rayonunun, Naftalan şəhərinin, həmçinin Türkiyə və Gürcüstanın kulinarları çıxdılar. Qəbələ, Şəmkir, Balakən rayonlarının, Gəncə şəhərinin qənnadıçıları və Koreyadan gəlmiş şirniyyatçılar üçüncü yeri tutaraq festivalın bürünc medallarına layiq görüldülər. Mükafatlandırılanlar arasında, həmçinin Şəkinin məşhur halvaçı sexlərinin qənnadıçılarının da adları var idi.

Şəki Şəhər İcra Hakimiyyəti isə Azərbaycan Milli Kulinariya Mərkəzinin kuboku ilə mükafatlandırıldı.

Festival paytaxtdan gəlmiş musiqi və rəqs kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatdı.

 

Şəkidə keçirilən Beynəlxalq ənənəvi şirniyyat festivalı dostluğun və qardaşlığın tərənnümünə çevrildi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir