CƏMİYYƏT
Şəkidə şirniyyat istehsalı müəssisəsinin fəaliyyətində noqsanlar aşkarlanıb
![](/files/galleryphoto/2023/1/1200x630/167897527513934100_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16789752753171721173_1200x630.jpeg)
Bakı, 16 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Şəki şəhəri, M.F.Axundov küçəsində fiziki şəxs Rüstəmli Toğrul Siracəddin oğluna məxsus şirniyyat istehsalı müəssisəsində yoxlama aparılıb.
Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçinin tibbi müayinədən keçmədiyi müəyyən olunub.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.