ŞƏKİDƏ TƏLƏBƏLƏR ÜÇÜN YAY DÜŞƏRGƏSİ TƏŞKİL EDİLMİŞDİR
Şəki Şəhər Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, düşərgənin təşkilindən əsas məqsəd istedadlı yeniyetmələrin və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün əlverişli şərait yaratmaq, onlara yay istirahətlərini səmərəli keçirmələrinə kömək göstərməkdir.
Beş gün davam edən düşərgə müddətində tələbələr Şəkinin tarixi abidələri və görməli yerləri ilə də yaxından tanış olacaqlar.