ŞƏKİDƏ ÜMUMİ ƏKİN SAHƏSİ 3,1 MİN HEKTAR ARTMIŞDIR
Şəki Şəhər İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il rayonda ümumi əkin sahəsi əvvəlki ilə nisbətən 3,1 min hektar artırılaraq, 61 min 453 hektara çatdırılmışdır. Ümumi əkin sahəsinin 52,8 min hektarını və yaxud 86 faizini taxıl əkinləri təşkil edir. Keçən ilin payızında fermerlər cari ilin məhsulu üçün 31,9 min hektar sahədə buğda, 15,8 min hektarda arpa, 73 hektarda vələmir və 30 hektarda xəsillik arpa səpmişlər. Ötən il rayonun təsərrüfatlarında 105 min tona yaxın taxıl istehsal olunmuşdur.
Ümumiyyətlə, 2005-ci ildə Şəkidə faktiki qiymətlərlə 109,4 milyon (AZN) manatlıq məhsul buraxılmışdır ki, bunun da 64,4 milyon manatı və ya 58,9 faizi kənd təsərrüfatının payına düşür. Əvvəlki illə müqayisədə ötən il kənd təsərrüfatı məhsulları buraxılışının həcmi 8,3 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]