ŞƏKİDƏ ZƏLZƏLƏ OLMUŞDUR
Fevralın 6-da gecə saat 00.13-də Şəki şəhərində 12 ballıq cədvəl üzrə 3 bal gücündə zəlzələ baş vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə zəlzələ Şəki şəhərində 3 bal gücündə hiss edilmişdir. Dağıntı və tələfat yoxdur.