Səkkiz ayda Gürcüstana 931 min Azərbaycan vətəndaşı səfər edib
Tbilisi, 6 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında 931 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Azərbaycanlılar Gürcüstana gələn xarici ölkə vətəndaşları sırasında ikinci yerdədirlər.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, səkkiz ayda Gürcüstana 3,9 milyon xarici vətəndaş gəlib və onların 916 mini turist olub. Ölkəyə gələnlər arasında Türkiyə, Rusiya və Ukrayna vətəndaşları da çoxluq təşkil edirlər.
Turizm Gürcüstan iqtisadiyyatında mühüm yer tutur. Bu sahədən əldə olunan gəlir ümumi daxili məhsulun 7 faizinə bərabərdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]