SƏMƏD VURĞUNUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS
AZƏRTAC xəbər verir ki, mayın 17-də böyük şairin yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasında elmi konfrans kecirilmişdir.
Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov S.Vurğunun həyat və fəaliyyəti barədə danışmış, XX əsr Azərbaycan ədəbiyyatı və bədii fikrinin inkişafının həm də onun adı ilə bağlı olduğunu bildirmişdir. S.Vurğunun Azərbaycan ədəbiyyatına təkcə şair, tərcüməçi kimi deyil, alim və ictimai xadim kimi də böyük töhfələr verdiyini söyləyən natiq qeyd etmişdir ki, şair AMEA-nın təsisçilərindən biri, 1954-cü ildən isə vitse-prezidenti olmuşdur.
Akademik Bəkir Nəbiyev Azərbaycanda ilk dəfə xalq şairi adına layiq görülən Səməd Vurğunun çoxşaxəli yaradıcılığı barədə məruzə etmişdir. O, şairin şeir və poemalarında, dram əsərlərindəki şeriyyətdən, ədibin geniş yaradıcılıq imkanlarından danışmış, dünya klassiklərindən etdiyi tərcümələri yüksək qiymətləndirmişdir.
Daha sonra S.Vurğun yaradıcılığı ilə bağlı müxtəlif məruzələr dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]