Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səmərəsiz səfər: Qərbə üz tutan erməni prezident əliboş qayıdıb

Səmərəsiz səfər: Qərbə üz tutan erməni prezident əliboş qayıdıb

Bakı, 13 iyul, AZƏRTAC

Ermənistanın “toy prezidenti” Armen Sarkisyanın Böyük Britaniya, Fransa və ABŞ-a səfəri ilə bağlı Ermənistan mətbuatı hay-küylü müzakirə açıb. Bu səfərin Ermənistan üçün hansı geosiyasi dividendlər gətirə biləcəyi barədə müxtəlif fikirlər ortaya atmaqdadırlar. Bir sıra ekspertlər hesab edirlər ki, rəsmi İrəvan faktiki olaraq Qərb ölkələri ilə münasibətləri yeni müstəviyə çıxarır. Bu zaman onlar “yeni Ermənistan” ifadəsini tez-tez işlədirlər. Ancaq bu “yeniliyin” nədən ibarət olduğu barədə heç biri tutarlı fikir deyə bilmir. Deməli, erməni ekspertlər ancaq pafoslu danışırlar. Doğrudan da qlobal və regional geosiyasi proseslərin real məzmunu aspektində vəziyyətə baxsaq, Ermənistanın mövqeyində heç bir irəliləyiş olmadığını görərik. Üstəlik, onun xarici siyasəti əvvəlki kimi qeyri-konstruktiv olaraq qalır. Amerikanın İran, Rusiya, Türkiyə və Azərbaycan siyasətinin xarakteri də göstərir ki, hazırda mürəkkəb bir mənzərə mövcuddur. Belə bir durumda Vaşinqton kəskin və ciddi dəyişikliyə səbəb olan addım atmaz. Onda bəs A.Sarkisyan nə üçün Qərbə üz tutub? Bu suala cavab üzərində geniş dayanmağa dəyər.

İki gücün arasında: erməni xarici siyasətinin sıxıntıları və Paşinyan

Ermənistan prezidenti Armen Sarkisyanın Avropaya və Amerikaya səfərini erməni ekspertlərin özləri belə doğru-dürüst təhlil edə bilmirlər. Onlar bu səfərin hüquqi tərəfi ilə yanaşı, başlıca məqsədini də konkret ifadə etmirlər. Səbəb aydındır. Çünki faktiki olaraq A.Sarkisyanın real dövlət başçısı olmadığı konstitusiyada təsbit edilib. Digər tərəfdən, hazırda Ermənistanın xarici siyasəti dərin böhran keçirir ki, kimin kim olduğu haqqında aydın təsəvvür yoxdur.

Nikol Paşinyanın sözçüsü bəyan edib ki, dövlətin başçısı baş nazirdir və onun icazəsi olmadan A.Sarkisyan xaricə səfər edə bilməz. Üstəlik, səfər zamanı hansı məsələlərin müzakirə edilməli olduğu ilə bağlı da N.Paşinyanın xəbəri olmalıdır. Belə çıxır ki, Ermənistanın “toy prezidenti” konkret məqsədlə Qərbin böyük dövlətlərinə səfər edib. Bu səbəblə onun səfəri ətrafında bir sıra Ermənistan KİV-lərinin yaratmaq istədiyi ajiotajın məqsədi aydındır.

Həmin kontekstdə ekspertlər Mayk Pompeo-Armen Sarkisyan görüşünə xüsusi diqqət yetirirlər. Onu belə təqdim etməyə çalışırlar ki, iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsinə ehtiyac vardır. ABŞ dövlət katibi M.Pompeonun ticari əlaqələrin inkişaf etdirilməsi və sərmayə qoyuluşunun artırılması zərurətini vurğuladığını yazırlar (bax: Внутренние и внешние мессиджи встречи Армен Саргсян-Майк Помпео / 1in.am, 1 iyul 2018).

Ancaq dövlət katibi korrupsiya ilə mübarizəni ilk sıraya qoyub. O, ümid etdiyini bildirib ki, “yeni Ermənistan” bu istiqamətdə real addımlar atacaq. O cümlədən rəsmi İrəvan növbədənkənar parlament seçkilərinin demokratik keçməsini təmin etməlidir. Bunlarla yanaşı, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz maraqlı bir məqamı açıq deyib. O erməni jurnalistə bildirib ki, Ermənistandakı küçə hərəkatı Amerikanın uzun illərdir, erməni cəmiyyətində apardığı işin nəticələrindən biridir. Doğrudur, adəti üzrə Amerika rəsmisi bunu xalqın demokratik əhval-ruhiyyəsi kimi təqdim etməyə çalışıb, ancaq aydın olur ki, Ermənistandakı küçə hərəkatı kənardan idarə olunub.

Bu kimi fikirlər onu təsdiq edir ki, Ermənistanda daxili potensial hesabına etiraz aksiyası olmayıb. Onu kənardan sifarişlə ediblər və burada geosiyasi maraqlar mövcuddur. Bu səbəbdəndir ki, indi Ermənistanın Qərblə münasibətlərini necə qurmalı olduğu ilə bağlı müzakirələrə başlayıblar. Bunlarla yanaşı, hələ nə Qərb, nə də Rusiya N.Paşinyanın nəyə qadir olduğu haqqında konkret fikrə malik deyillər. Hər iki böyük güc müəyyən mənada N.Paşinyanı sınayır. Onlar gözləmə mövqeyi tutmaqla bərabər, şirnikdirici vədlər verməklə ermənilərin hansı addım atacaqlarını gözləyirlər. Bu aspektdə isə N.Paşinyandan elə bir tutarlı mövqe nümayişi müşahidə edilmir. A.Sarkisyanın da Avropa və Amerikaya səfəri həmin kontekstdə diplomatik təqdimat və kəşfiyyat məqsədi güdüb.

Bəs nəticə necə olub? Real surətdə Qərb Ermənistana yeni nələr vəd edib? Əgər KİV-lərə sızdırılan informasiyalara baxsaq, əhəmiyyətli heç bir təklif olmayıb. Tərəflər ümumi səviyyədə əməkdaşlığın yeni məzmun kəsb etməsindən bəhs ediblər. Bunun fonunda Vaşinqtonun şərtləri də səsləndirilib. Birincisi, Ermənistan hakimiyyəti sözdə deyil, əməldə demokratik olmalıdır. İkincisi, islahatlar ardıcıl aparılmalıdır. Üçüncüsü, bu şərtlər ödənsə ticari əlaqələrə və sərmayə qoyuluşuna baxmaq olar.

Regional reallıq: süni manevrlər nəticə vermir

Təbii ki, burada pərdəarxası regional geosiyasi mənzərənin nəzərə alınması qaçılmaz amil kimi xatırladılır. Burada isə ABŞ-Azərbaycan, ABŞ-İran və ABŞ-Türkiyə münasibətlərinin hansı xarakter daşıması diqqətə alınmalıdır. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Onlar Azərbaycan rəhbərliyi ilə birgə fəaliyyət göstərməyə can atdıqlarını bəyan ediblər. Xüsusilə enerji, regional təhlükəsizlik və terrorla mübarizə sahəsində əməkdaşlığın zəruriliyindən bəhs ediblər.

ABŞ-İran münasibətlərindəki gərginlik sirr deyil. Artıq İranda bu səbəbdən daxili sosial-iqtisadi durum çox gərginləşib. Ermənistanın da İranla yaxın əlaqələrinin mövcud olduğu məlumdur. Bu şəraitdə İrəvana harada dayanmağı əmr edəcəklər? Həm də Ermənistanın bu məsələdə iki güclü ağası vardır - Rusiya və Amerika. Onların arasında Ermənistan hansı pozanı alacaq?

ABŞ-Türkiyə münasibətləri də özünün çətin mərhələsindədir. Son zamanlar Vaşinqtonla Ankara bir sıra məsələlərdə anlaşıblar. Donald Tramp Rəcəb Tayyib Ərdoğanla görüşmək arzusunu rəsmi olaraq bildirib. Amerikalı analitiklər Türkiyənin regiondakı strateji əhəmiyyətini və real gücünü çox gözəl bilirlər və ondan imtina edilməsi müzakirə mövzusu ola bilməz.

Nəhayət, ABŞ-Rusiya münasibətlərinin xarakterinin Ermənistanın Qərblə əlaqələrinə birbaşa təsir edən amil olduğunu etiraf etmək gərəkdir. Finlandiyada bir neçə gündən sonra Tramp-Putin görüşünün baş tutacağı haqqında informasiya yayılıb. D.Tramp özü deyib ki, bu görüşə çox ciddi hazırlaşır. Deməli, qarşıda prinsipial məsələlərin müzakirəsi vardır. Bunun fonunda Ermənistanın siyasəti nəyi ifadə edir ki? Faktiki olaraq heç nəyi və İrəvan kənarda alınacaq qərarlara boyun əyməkdən başqa bir imkana malik deyil.

Bu geosiyasi amillərlə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizə qədərini işğal altında saxlaması faktını mütləq nəzərə almaq lazımdır. Həm də ABŞ münaqişəni tənzimləməli olan üç həmsədr dövlətdən biridir. Buna görə də Vaşinqtonun Ermənistana qeyd-şərtsiz yardım etməsi və onunla ticari-iqtisadi və hərbi əlaqələri inkişaf etdirməsi mümkün deyildir. Vaşinqton özbaşına bu istiqamətdə addım ata bilər, lakin o, dərhal regionda Türkiyə və Azərbaycan kimi tərəfdaşlarını itirəcəyinin də fərqindədir. Həm də Amerika rəhbərliyi bilir ki, o halda Azərbaycanın Rusiya ilə daha yaxından əlaqə qurmaqdan başqa yolu qalmayacaq. Deməli, ABŞ-ın Ermənistanla real əməkdaşlığı mürəkkəb və çoxsaylı şərtlərdən asılıdır. O, erməni mətbuatı və bir sıra xəyalpərəst erməni siyasətçilərinin təqdim etməyə çalışdığı kimi deyil.

Bütün bunlar A.Sarkisyanın Qərbə səfərinin real mənasını aydın göstərir. Bu səfər növbəti boş addımlardan biridir. Amerika başda olmaqla Qərb Cənubi Qafqazda gərgin geosiyasi vəziyyətin mövcudluğu, Rusiya və İran məsələləri üzrə dəyişmə dinamikasının aydın olmadığı bir şəraitdə kiçik və vassal bir dövlətlə böyük işlərə getməz. “Toy prezidenti”nin dedikləri isə onun daxili hisslərinin əyaniləşməsi ola bilər.

Ancaq bununla yanaşı, N.Paşinyanın Qərbin siyasi nəbzini yoxlamağa çalışdığı nəticəsi də alınır. Rəsmi İrəvan Rusiya tərəfdən ciddi təzyiqlərə məruz qaldıqca Qərbə sığınmağa daha çox meyil edir. Zatən başqa yolu da yoxdur. Birincisi, İranın özünün vəziyyəti acınacaqlıdır. İkincisi, qonşu ölkələr ilə Ermənistanın münasibətləri suallar doğurur. Azərbaycan və Türkiyə ilə düşmən kimi davranır, Gürcüstanın özü isə xilaskar axtarışındadır. Rusiyanın şərtləri aydındır və Kreml onu dəyişmək fikrində deyil. Qalır Qərb!

Qərbin özü də artıq əvvəlki deyil. Onun sıraları zəifləyib, birlik pozulub. Amerika isə öz təzyiqlərini davam etdirir. İndi bütövlükdə Qərb dövlətlərinin Cənubi Qafqaz istiqamətində davamlı və yekdil siyasət yeridə bilmək imkanının çox olmadığını deyə bilərik.

Belə çıxır ki, Armen Sarkisyan getdiyi kimi də qayıdıb. Yəni, əliboş gedib və o cür də geri dönüb. Bu səfər faktiki olaraq büdcədən boş yerə pul xərcləmək mənasına gəlib. Ermənistan xarici siyasət kursunu o dərəcədə dolaşdırıb və səmərəsiz edib ki, siyasətçilər hansı istiqamətdə addım atsalar, qapalı dairə yaranır. Burada xeyir kimi görünən istənilən əməlin, əslində, ziyan olduğu üzə çıxır. İndi Ermənistan həyəcanla A.Sarkisyanın səfərinin xalqa vuracağı ziyanı gözləməlidir! Kim nə qədər zərər görəcək? Erməni prezidentin səfərinin xalqına verdiyi “xeyir” bundan ibarətdir!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır