Şəmkirdə əmək yarmarkasında 100-dən çox vakansiya təqdim olunub


Şəmkir, 13 mart, Elcan Məmmədov, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə növbəti əmək yarmarkası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 12 müəssisə tərəfindən 100-dən artıq vakansiya təqdim olunub.
Tədbirdə işsiz və işaxtaran vətəndaşlar vakansiyalarla tanış olub, uyğun hesab edilən şəxslərin CV-i qəbul edilib və müvafiq göndərişlər verilib.
Bununla yanaşı, iştirakçılara Agentliyin icra etdiyi aktiv məşğulluq tədbirləri, həmçinin Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan peşə hazırlığı kursları haqqında məlumat verilib.