Şəmkirdə rayon tarixçilərinin Xocalı soyqırımının ildönümünə həsr edilmiş forumu keçirilib
Şəmkir, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Şəmkirdəki Heydər Əliyev Mərkəzində rayon tarixçilərinin forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Mərkəzin akt zalında keçirilən forumda Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Ermənilərin Qarabağa köçürülməsi tarixindən”, “1918-ci il mart soyqırımı fövqəladə təhqiqat komissiyasının araşdırmalarında”, “1919-cu il Qarabağ general-qubernatorluğu”, “Xocalı dünən, bu gün və sabah” mövzularında məruzələr dinlənilib.
Forum iştirakçıları adından dünya xalqlarına müraciət qəbul olunub.
Sonda Heydər Əliyev Mərkəzinin qalereyasında gənc rəssamların Xocalı faciəsini əks etdirən əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]