ŞƏMKİRDƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YENİ YAŞAYIŞ BİNASI TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şəmkir rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün ikimərtəbəli, 8 mənzilli binanın tikintisinə başlanmışdır. Dəyəri 1 milyard manata yaxın olan binanın birinci mərtəbəsində daş-hörgü işləri başa çatdırılmışdır. Yerli tikinti təşkilatlarının inşa etdikləri binada 20 nəfərə yaxın fəhlə çalışır və onlar obyekti gələn ilin fevral ayınadək istifadəyə verməyi qərara almışlar.