Sənaye müəssisələri tərəfindən 10,3 faiz çox sement istehsal edilmişdir
Bakı, 19 dekabr (AZƏRTAC). Cari ilin yanvar-noyabrında Azərbaycanda tikinti materialları sənayesində müəssisələr tərəfindən 10,3 faiz çox və ya 1,3 milyon ton sement, 92,6 min ton tikinti gipsi, 1,1 milyon ton hörmə üçün hazır beton qarışığı, 39,8 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 338,1 min ton asfalt və 226,4 min kubmetr tikinti kərpici istehsal edilmişdir.
Eyni zamanda, mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 11 ay ərzində 2,6 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 1,1 milyon ton tikinti qumu, 336,3 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [19:38]
Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir
- 01.06.2026 [18:22]