SƏNƏDİ OLMAYAN NƏQLİYYAT VASİTƏLƏRİCƏRİMƏLƏNƏRƏK ÖLKƏMİZİN ƏRAZİSİNDƏNKƏNARLAŞDIRILIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Balakən gömrükçüləri Dövlət yol polisi əməkdaşları ilə birlikdə keçirdikləri reydlər zamanı tranzit və müvəqqəti idxal rejimi altında rəsmiləşdirilən avtomobillər tutularaq, inzibati qaydada tənbeh olunur. Belə ki, ötən iki ay ərzində Balakən, Zaqatala və Qax rayonlarında keçirilən əməliyyatlar zamanı Gürcüstan Respublikasının qeydiyyatında olan altı avtomobil saxlanılmışdır. Bu nəqliyyat vasitələri 2 milyon 539 min manat məbləğində cərimələnərək, ölkəmizin ərazisindən kənarlaşdırılmışdır.