SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞLIQ DİPLOMATLARIMIZDA XOŞ TƏƏSSÜRAT YARATMIŞDIR
Terminalın rəhbərləri diplomatlara “Əsrin müqaviləsi” üzrə bütün neft-qaz layihələrinin qovuşduğu bu mərkəz barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, terminalın tikintisinə 2001-ci ilin noyabrından başlanmış, indiyədək burada 3 mindən çox işçi çalışmış, 25 milyon adam-saatdan çox iş görülmüşdür. Bu, dünya rekordu sayıla biləcək bir hadisədir. Terminalda hər birinin tutumu 880 min barrel olan 3 xam neft çəninin, baş nasos stansiyasının, separatorların, idarəetmə məntəqəsinin tikintisi, sahildən 187 kilometr aralıda yerləşən “Mərkəzi Azəri” yatağından terminala qədər sualtı neft və qaz kəmərlərinin, fiber-optik rabitə kabellərinin çəkilişi, birləşdirmə və sınaq işləri tam başa çatdırılmışdır.
Diplomatlar terminalın nəzarət-idarəetmə məntəqəsinin iş sistemi ilə də maraqlanmışlar. Onlara məlumat verilmişdir ki, buradan Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ölkə ərazisindəki hissələrində bütün prosesləri izləmək, hər hansı qəza, nasazlıq barədə dərhal xəbər tutmaq və müvafiq tədbir görmək mümkündür.
Səfirlər terminalı gəzmiş, burada gedən texnoloji proseslərlə əyani tanış olmuşlar.
Dünyanın ən nəhəng terminallarından biri ilə tanışlıq diplomatlarımızda xoş təəssürat yaratmış, onlar xatirə şəkli çəkdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]