Sentyabrda bankların kredit portfeli artıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Sentyabrda bankların kredit portfeli 2,4 faiz və ya 630,4 milyon manat artaraq 26,706 milyon manat olub.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, biznes kreditləri – 54 faiz (14,407.9 milyon manat); istehlak kreditləri – 30,5 faiz (8,152.8 milyon manat) və ipoteka kreditləri – 15,5 faiz (4,145.3 milyon manat) təşkil edib.
Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,6 faiz bəndi azalaraq 1,7 faiz olub.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80,9 faizi və ya 36,058.9 milyon manat. Depozit portfelinin 61,6 faizi (22,209.8 milyon manat) hüquqi şəxslərin, 38,4 faizi (13,849.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]