SENTYABRDA KİYEVDƏ UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN NÖVBƏDƏNKƏNAR QURULTAYI KEÇİRİLƏCƏK
Səfir dövlətimizin başçısı İlham Əliyevin iyunun 3-4-də Ukraynaya tarixi səfərinin, bütün dünya azərbaycanlılarının Prezidenti Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli birliyin daha da möhkəmlənməsi işində onun arzularının və xoşməramlı məsləhətlərinin həmvətənlərimiz üçün birləşdirici əhəmiyyətini xüsusi vurğulamışdır.
Sonra səfir Azərbaycanın siyasət, diplomatiya, iqtisadiyyat, mədəniyyət və idman sahəsindəki uğurları barədə yığıncaq iştirakçılarına məlumat vermiş, habelə diasporumuzu 2004-cü ildə dost Ukraynada keçiriləcək prezident seçkiləri kampaniyasında fəal iştirak etməyə çağırmışdır.
UAK-ın sədri O.Əfəndiyev, digər çıxış edənlər Konqresin, onun regional şöbələrinin fəaliyyətindən danışmış, Kiyevdə UAK fəalları ilə səmimi görüşünə görə Prezident İlham Əliyevə bir daha öz minnətdarlıqlarını çatdırmağı xahiş etmişlər.
Görüş iştirakçıları Ukrayna Prezidenti vəzifəsinə layiqli namizədi dəstəkləmək barədə qərar qəbul etmək üçün cari ilin sentyabrında UAK-ın növbədənkənar qurultayını çağırmaq arzusunu bildirmişlər.