Sentyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi, küləyin ani maksimal sürətinin bəzi ərazilərdə 30-34 m/s-yə çatacağı ehtimalı var.
Temperaturun gecə 19°-yə yaxın, gündüz 20-24° isti, Bakıda gecə 19°-yə yaxın isti, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Qərb, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var.
Temperaturun gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Qərb, şimal-qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi ehtimalı var.
Temperatur gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
Qərb, şimal-qərb küləyinin arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var.
Temperaturun gecə 15-20° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
Qərb, şimal-qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcəyi, küləyin ani maksimal sürətinin 30-34 m/s-yə çatacağı ehtimalı var.
Temperatur gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
Qərb, şimal-qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcəyi, bəzi Kür vadisi rayonlarında küləyin ani maksimal sürətinin 30-34 m/s-yə çatacağı ehtimalı var.
Temperatur gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
Lerik, Lənkəran və Astara rayonlarında
Şimal-şərq küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə 25-30 m/s-dək güclənəcəyi ehtimalı var.
Temperatur gecə 17-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
Hava şəraitinin dəyişiləcəyi haqqında xəbərdarlıq
Sentyabrın 17-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcəyi gözlənilir. Arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.