Sentyabrın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 17-21°, gündüz 26-29° isti olacaqdır.
Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 756 millimetr civə sütununa aşağı düşəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-60 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-18°, gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 18-22°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskinolacaqdır.
Temperaturun gecə 14-19°, gündüz 24-29° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-20°, gündüz 27-32°, dağlarda gecə 12-16°, gündüz 22-26° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa da, 8-9-da meteoroloji amillərin zəif və mülayim dəyişikliyi əsasən əlverişlidir.