Sentyabrın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 16-21°, gündüz 26-29° isti olacaqdır.
Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulbada, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecəyə doğru leysan xarakterli olacağı ehtimalı vardır.
Temperaturun gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecəyə doğru leysan xarakterli olacağı ehtimalı vardır.
Temperaturun gecə 14-19°, gündüz 26-31° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecəyə doğru leysan xarakterli olacağı ehtimalı vardır.
Temperaturun gecə 18-21°, gündüz 27-31°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.