Serbiya Baş nazirinin müavininin Bakıya səfəri yerli mətbuatın diqqət mərkəzindədir
Belqrad, 28 sentyabr, AZƏRTAC
Serbiyanın bir sıra xəbər saytlarında, televiziya kanallarında bu ölkənin Baş nazirinin müavini Rasim Ljajicin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri, keçirdiyi görüşlərlə bağlı məlumatlar yerləşdirilib.
Yazılarda səfərin iki ölkə arasında enerji, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar yaradacağı vurğulanır. Eyni zamanda, Serbiya Baş nazirinin müavininin Prezident İlham Əliyevlə görüşü, müzakirə olunan məsələlərlə bağlı məlumat verilir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad