Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərəfli bir mübarizənin hekayəsi…

Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun anadan olmasının 71-ci ildönümüdür

Bakı, 31 oktyabr, AZƏRTAC

Vətənin müdafiəsi üçün canını fəda edən, haqqın və ədalətin qorunmasında mübarizə aparan insanların hekayəsi yalnız döyüş meydanlarında deyil, həm də insanların qəlbindəki qəhrəmanlıq ruhunun simvoludur. O qəhrəman ki, əzmkarlığı, cəsarəti və fədakarlığı ilə tanınır. O, torpağını, xalqını, millətini qorumaq üçün çətinliklərə sinə gərir. Onun hər bir addımı azadlıq və ədalətlə doludur. Vətən üçün döyüşmək, yalnız fiziki mübarizə deyil, eyni zamanda, mənəvi məsələdir, insanların qəlbindəki ümidi, inamı doğrultmaqdır. Vətənin həmin qəhrəmanları müharibənin dəhşətlərinə, iztirablara və itkilərə baxmayaraq, daima öz ideallarından geri dönməyərək, daha parlaq bir gələcək üçün mübarizəni davam etdirirlər. Onların cəsarəti, yalnız özləri üçün deyil, bütün nəsillər üçün bir örnəkdir. Onlar əslində insanlığın və vətənsevərliyin ən ali dəyərlərini təcəssüm etdirir və unudulmaz izlər buraxaraq gələcək nəsillərə ilham verirlər. AZƏRTAC Vətən uğrunda canını fəda etmiş, heç vaxt xalqının qəlbindən silinməyəcək, unudulmayacaq həmin qəhrəmanlardan birinin – bu gün dünyaya gəlməsinin 71-ci ildönümü olan Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun həyat hekayəsini təqdim edir.

Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açıb. O, müəllim ailəsində böyüyüb və onun anası Sura xanım evdar qadın olub. Kiçik yaşlarından bəri fəal olan Koroğlu sanki həyatının gələcək hadisələrini qabaqcadan hiss edirdi. O, təhsilinə Oğuz rayonunun Yaqublu kəndindəki yeddiillik məktəbdə başlayıb.

1961-ci ildə Koroğlunun atası İsmayıl müəllim öz dədə-baba yurdu olan Qərbi Azərbaycanımızın Zəngibasar mahalındakı Sarcalar kəndinə köçüb. Koroğlu Rəhimov orta təhsilini Həbilkənd orta məktəbində başa vurub. 1969-cu ildə orta məktəbi bitirən kimi Bakıya gələrək Azərbaycan Neft və Kimya İnstitutunun Avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə orduya çağırılaraq hərbi xidmətini Almaniya Demokratik Respublikasında yerinə yetirib. Xidmətdən qayıtdıqdan sonra isə ali təhsilini tamamlayıb.

1979-cu ildə Koroğlu əmisi qızı Aybəniz xanımla ailə həyatı qurub. Onların üç övladı (Rəşad, Samir və Ülviyyə), eləcə də beş nəvəsi (Koroğlu, Mətin, Əzizağa, Fateh və Mələk) var. Koroğlu Rəhimov əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri Zavodunda başlayıb. Sakit təbiətli, vətənpərvər və ailəsinə bağlı bir şəxsiyyət idi. Vətən sevgisi ilə yaşayan qəhrəmanımızı ermənilərin törətdikləri faciələr qəzəbləndirirdi.

 

1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması, 1990-cı ilin Qanlı “20 Yanvar” hadisələri və 1992-ci ildəki Xocalı soyqırımı Koroğlunun düşmənə qarşı qəzəbini daha da artırdı. Bu hadisələrdən təsirlənən Koroğlu könüllü olaraq cəbhəyə getmək qərarını ailəsinə bildirib. Atası mərd bir oğul böyütdüyü üçün qürur duyaraq ona xeyir-duasını verib.

1992-ci il martın 17-də Koroğlu Rəhimov Azərbaycan Milli Ordusunun sıralarına könüllü olaraq yazılıb. Aprelin 30-da isə o, N saylı hərbi hissənin ikinci motoatıcı bölüyünün komandiri təyin olunub. Qısa müddət ərzində onun qəhrəmanlığı dillərdə əzbərə çevrilib.

Koroğlu Rəhimov Qarabağ cəbhəsindəki döyüşlərə qatılaraq Goranboy rayonunun Buzlaq, Çantaz və Erkəc kəndlərinin azad edilməsində qəhrəmanlıq göstərib. Bu əməliyyatlar nəticəsində çoxlu sayda düşmən məhv edilib, bir neçəsi isə əsir götürülüb. Həmçinin Başkənd, Madagiz və Gülüstan kəndlərini də düşməndən təmizləyib. 1992-ci il iyulun 3-də Koroğlunun bölüyü Ağdərə istiqamətində hücuma keçib və bu, onun son döyüşü olub. Koroğlu Rəhimov Ağdərə yaxınlığında üçüncü sovxozu azad edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Bu xəbər hər kəsi sarsıtmışdı. Koroğlu Rəhimovun məzarı Bakı şəhərindəki Şəhidlər xiyabanındadır. Ölümündən sonra qəhrəmanlığı ilə bağlı müxtəlif qəzetlərdə yazılar dərc olunub.

Koroğlu Rəhimov 1994-cü il sentyabrın 16-da Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onun döyüş yolu Abdulla Qurbaninin “Koroğlunun Ağdərə səfəri”, Əli Qurbaninin “Koroğlular uzaqdan gələn yolda”, Qədir Aslanın “XX əsrin Koroğlusu”, Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu” kitablarında geniş təsvir olunub. Həmçinin 2-ci sinif “Oxu” kitabında da onun haqqında hekayə və Oqtay Rzanın “İki Koroğlu” şeiri yer alıb.

Koroğlu Rəhimov haqqında “XX əsrin Koroğlusu” adlı sənədli film çəkilib. Bakıda və doğulduğu Oğuz rayonunda Koroğlu Rəhimovun adını daşıyan küçələr var. Onun adı və qəhrəmanlığı bütün Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq və nəsildən-nəslə ötürüləcək.

Qürurvericidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələrini aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir