“Sərhədçi Dilboz” komandası “Prezident kuboku” turnirində bürünc medal qazanıb
Bakı, 24 dekabr, Səlim Rəhimzadə, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” turnirində bürünc mükafatçı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, üçüncü yer uğrunda oyunda “Buta Qolden” və “Sərhədçi Dilboz” komandaları qarşılaşıblar. Oyunun ikinci yarısının 14-cü dəqiqəsində “Sərhədçi Dilboz” komandasında Şəhriyar Ağayev fərqlənib. İki dəqiqə sonra “Buta Qolden”dən Səxavət İsmayılovun qolu ilə hesabı bərabərləşib.
Oyuna artırılan dəqiqələrdə “Sərhədçi Dilboz” komandasının üzvü Ş.Ağayevin qolu ilə komanda qələbəsini rəsmiləşdirib - 2:1.
Bununla da, “Sərhədçi Dilboz” komandası “Prezident kuboku” turnirini üçüncü pillədə başa vurub.