Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonu sosial iqtisadi inkişafın yeni mərhələsində

Rayonda geniş quruculuq işləri aparılır

Şərur, 12 aprel, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədəkar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz...”.

Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda kompleks inkişaf təmin edilib. Rayonda iqtisadiyyatın bütün sahələrinin inkişafı, yeni sənaye müəssisələrinin yaradılması, aqrar sahədə islahatların əhatə dairəsinin genişləndirilməsi əhali rifahını yüksəldib, məskunlaşma artıb. Aparılan genişmiqyaslı quruculuq işləri, sosial obyektlərin, inzibati binaların və yol infrastrukturunun tikilib istifadəyə verilməsi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, Şərur şəhəri və kəndlər abad yaşayış məntəqələrinə çevriliblər. Bu il də rayon mərkəzində və kəndlərində quruculuq işləri davam etdirilir.

Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqları istifadəyə verilib

Şərur rayonunda xalqımızın qədim adət-ənənələrinin, milli və mənəvi dəyərlərinin qorunub yaşadılmasına, zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Məscid və mərasim evlərinin inşası da görülən bu işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 12-də Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqları istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət Mərasim evinin birinci mərtəbəsində dini icma sədrinin və müavininin otağı, kəbin otağı, 44 yerlik iclas zalı, kitabxana, təsərrüfat işçiləri üçün otaq və qazanxana vardır. İkinci mərtəbədə qadınlar üçün 168 yerlik Mərasim zalı və mətbəx, üçüncü mərtəbədə isə kişilər üçün 168 yerlik Mərasim zalı və mətbəx yerləşir.

Şərur rayon Dini İcmasının sədri Nəsib Novruzov minnətdarlıq edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir, dini-tarixi abidələr bərpa olunur, yeni məscid və Mərasim evləri tikilir. Şərur şəhərində yeni Mərasim evinin istifadəyə verilməsi sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Bilirik ki, bütün bu tədbirlər rayon sakinlərinin rahatlığı üçündür. Söz veririk ki, qurulub yaradılanları qoruyacaq, gələcək nəsillərə ötürəcəyik. Nəsib Novruzov rayon sakinləri və dindarlar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublikada Mərasim evlərinin tikintisi geniş vüsət almışdır. Bu gün də Şərur şəhərində yeni Mərasim evi istifadəyə verilir. Binada yas mərasimlərinin keçirilməsi ilə yanaşı, həm də rayon dini icması üçün lazımi şərait yaradılmışdır. Mərasim evlərinin tikintisi üçün iş adamları və sakinlər tərəfindən göstərilən təşəbbüs dövlət tərəfindən dəstəkənir, şərait yaradılır, köməklik göstərilir. Bütün bunlar da ölkəmizdəki inkişafın, sabitliyin və dövlət-xalq birliyinin nəticəsidir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, dini dəyərlərimiz qorunub saxlanılmalıdır.

Ali Məclisin Sədri Mərasim evinin tikilməsinə təşəbbüs göstərən şəxslərə və bu işdə əməyi olanlara təşəkkür edib.

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, müasir işıqlandırma və suvarma sistemi çəkilib.

Şərur şəhərində yeni avtovağzal inşa olunacaq

Muxtar respublikada nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bu sahədə tədbirlər muxtar respublikanın bölgələrində də davam etdirilir, müasir standartlara cavab verən avtovağzallar tikilir, sərnişindaşıma xidməti müasir tələblər səviyyəsində qurulur.

Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində inşa olunacaq avtovağzalın layihəsinə və tikinti aparılacaq əraziyə baxıb.

Məlumat verilib ki, avtovağzal müasir layihə əsasında inşa olunacaq və tələbatı tam ödəyəcəkdir. İki mərtəbəli binada sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılacaq, gözləmə zalı, iş və xidməti otaqlar, kassa, eyni zamanda, mağaza, əczaxana və xidmət sahələri də istifadəyə veriləcəkdir. Ərazidə dayanacaqlar yaradılacaq, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaqdır.

Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

“Çomaxtur” elektrik yarımstansiyası istifadəyə verilib

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilir, istehsalın həcmi artırılır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və dayanıqlı çatdırılması da diqqət mərkəzində saxlanılır, yeni elektrik yarımstansiyaları tikilir.

Aprelin 12-də Şərur şəhərində “Çomaxtur” yarımstansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün dayanıqlı elektrik enejisi təminatı yaratmadan iqtisadiyyatın inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elektrik enerjisi təminatı sahəsində mühüm işlər görülür, yeni günəş və su elektrik stansiyaları tikilir, yarımstansiyalar qurulur, elektrik xətləri çəkilir. Elektrik enerjisi istehsalı ilə yanaşı, onun əhaliyə dayanıqlı çatdırılması da əsas şərtdir. Hazırda muxtar respublikada istehsal olunan elektrik enerjisi yarımstansiyalar vasitəsilə istehlakçılara çatdırılır. “Çomaxtur” yarımstansiyası da 15 kəndi və Şərur şəhərinin bir hissəsini əhatə etməklə rayonda enerji tələbatının 18 faizini ödəyir. Muxtar respublika energetikləri tərəfindən yarımstansiyanın yenidən qurulması istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcəkdir. Eyni zamanda, idarəetmə təkmilləşəcək, işçilərin təhlükəsizliyi təmin olunacaqdır.

Ali Məclisin Sədri muxtar respublika energetiklərinə təşəkkür edib, yarımstansiyanın istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək deyib ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, bu gün muxtar respublikada daxili tələbat tamamilə yerli istehsal hesabına ödənilir, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Muxtar respublikada energetika sisteminin inkişafına göstərilən qayğının davamı kimi Şərur rayonunda “Çomaxtur” yarımstansiyası istifadəyə verilir. Namiq Paşayev yaradılan şəraitə görə muxtar respublika energetikləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra yarımstansiyaya baxış olub.

Məlumat verilib ki, yarımstansiya binasında idarəetmə mərkəzi, eləcə də 35 və 10 kilovoltluq paylayıcı qurğu otaqları yerləşir. Avadanlıqların normal iş prosesinə ölçü qurğuları vasitəsilə məsafədən nəzarət olunur.

Yarımstansiyada hər biri 6,3 meqavoltamper gücündə 2 ədəd 35/10 kilovoltluq transformator, 4 ədəd 36 kilovoltluq, 10 ədəd 12 kilovoltluq eleqaz açarlı giriş-çıxış hücrələri, 1 sabit cərəyan mənbəyi, 2000 kilovat gücündə 10 kilovoltluq statik kondensator batareyası quraşdırılıb. Yenidənqurma işləri aparılarkən 500 metr uzunluğunda 35 kilovoltluq, 1,5 kilometr uzunluğunda isə 10 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilib. Yarımstansiyada quraşdırma və sınaq-sazlama işləri yerli mütəxəssislər tərəfindən həyata keçirilib. Yarımstansiyanın əhatə etdiyi yaşayış məntəqələri üzrə elektrik enerjisinə olan tələbat qış aylarında 2,1, yay aylarında isə 3,5 meqavat təşkil edir.

Ətrafda abadlıq işləri aparılıb, müasir işıqlandırma və suvarma sistemləri çəkilib. Şərur Rayon Elektrik Şəbəkəsinə üzərində kran quraşdırılmış “KamAZ” markalı avtomobil alınıb.

Rayonun 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu da əhatə edib. Bu il rayonun Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolu yenidən qurulucaqdır.

Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Məlumat verilib ki, yenidən qurulan avtomobil yolu Şərur rayonunun 7 yaşayış məntəqəsini əhatə edir. 21 kilometr uzunluğundakı yola asfalt-beton örtük salınacaqdır. İki hərəkət zolağından ibarət olacaq yolun eni 11 metrə qədər genişləndiriləcəkdir. Yolun üzərində 5 körpü tikiləcək, 44 su keçidi qoyulacaq, 10 kilometrə yaxın suaparıcı kanallar çəkiləcəkdir.

Ali Məclisin Sədri mühəndis-texniki tələblərə əməl olunması və tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb