Sərxan Hacıyev: "Qarabağ" məğlub olmasına baxmayaraq, bizim üçün qalibdir
Bakı, 15 mart, AZƏRTAC
"Qarabağ" məğlub olmasına baxmayaraq, bizim üçün qalibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev "Qarabağ" komandasının UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Bayer"inə iki oyunun nəticəsində 4:5 hesablı ilə məğlub olduğu oyun barədə danışarkən deyib. O, "Qarabağ" klubunun məğlub olmasına baxmayaraq, layiqli mübarizə apardığını bildirib: "Bizə möhtəşəm hissləri yaşatdıqları üçün bütün kollektivə təşəkkür edirik. Qurban Qurbanovun komandası "Bayer"dən öncə Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın adlı-sanlı komandalarından "Braqa"nı mübarizədən kənarlaşdırmağı bacardı. Düşünürəm ki, "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanmasa da, bizə görə qalibdir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]