Sərxan Hacıyev: Gəncədə inşa olunan akademiya ölkədə ən böyük futbol bazasıdır
Bakı, 15 mart, AZƏRTAC
Gəncədə inşa olunan akademiya ölkədə ən böyük futbol bazasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev media turu çərçivəsində “Kəpəz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyası ilə tanışlıq barədə jurnalistlərə açıqlamasında deyib.
O, bu akademiyanın ölkə futboluna böyük fayda verəcəyini bildirib: "Bu bazadan əlavə, iki təbii və bir süni ot örtüklü məşq meydançası, eləcə də son illərdə Gəncə şəhərində iki ədəd meydança inşa olunub. AFFA hər zaman regionlarda infrastruktur layihələri həyata keçirir. Ölkə futbolunun inkişafı üçün əlimizdən gələn hər şey edəcəyik”.
Baş katib birinci və ikinci liqa klubları arasında oyun alqı-satqısına dair şübhələrin olduğunu da söyləyib: “Bununla bağlı müvafiq tədbirlər görülür. Yaxın zamanda ictimaiyyətə də məlumat veriləcək. Biz də çalışırıq ki, futbolumuzda belə hallar baş verməsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]