Səudiyyə Ərəbistanı Krallığı Baş Audit Məhkəməsi ilə əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir.
Palatadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Hesablama Palatasının nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanı Krallığı Baş Audit Məhkəməsinin prezidenti Hussam Alanqari arasında görüş keçirilib. Görüş zamanı qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində gələcəkdə görüləcək işlər müzakirə edilib. Həmçinin görüşdə kənar maliyyə nəzarəti funksiyasının təkmilləşdirilməsi məqsədilə qabaqcıl təcrübə mübadiləsinin həyata keçirilməsinin inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Respublikası Hesablama Palatası və Səudiyyə Ərəbistanı Krallığı Baş Audit Məhkəməsi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin potensialın gücləndirilməsi istiqamətində fəaliyyətin daha məhsuldar təşkili məqsədilə Anlaşma Memorandumu imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]