Seysmologiya sahəsində birgə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elm və Texnoloji Tədqiqat Şurası (TUBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi çərçivəsində “Zoom” platforması üzərindən onlayn görüş keçirilib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Türkiyənin Kocaeli Universitetinin əməkdaşları - professor Fadime Sertçelik, professor İsmayıl Talih Güven, Tahir Serkan, Fırat Universitetinin professoru Mehmet Köküm, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) nümayəndəsi, professor Kurşat Alyamac, Eskişehir Texniki Universitetinin nümayəndəsi Muammer Tun, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova iştirak ediblər.
İclasda gələcəkdə birgə həyata keçiriləcək layihələrlə bağlı məsələlər, həmçinin birgə elmi-tədqiqat işlərinin aparılması müzakirə olunub.