“Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin rəsmi saytı ictimaiyyətə təqdim olunub
Bakı, 20 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin rəsmi saytı ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, “shushachess.az” internet saytı şahmat həvəskarlarını son informasiya ilə operativ formada təmin edilməsinə xidmət edəcək. Rəsmi saytda Şuşanın tarixi barədə məlumat, o cümlədən turnirin iştirakçıları ilə bağlı informasiyalar yer alıb.
Şuşada ilk şahmat turniri “shushachess.az” saytı ilə canlı yayımlanacaq. Bütün partiyalar Azərbaycan və ingilis dilində şərh olunacaq.
Turnirin rəsmi saytı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]