SİLAH-SURSAT TAPILMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 23-cü bölməsinin ərazisində qundağı kəsilmiş 1 ədəd “AK”, 1 ədəd “AKS” silahı, 2 ədəd qumbaraatan, 53 ədəd avtomat patronu və 3 ədəd patron darağı aşkarlanmışdır.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon ərazisindən 1 ədəd “AKS” silahı, 1 ədəd qumbara, 235 ədəd avtomat patronu və patron darağı tapmışlar.