Silahlı Qüvvələr Günü Bərdədə hərbçilərin yürüşü ilə qeyd edilib
Bərdə, 26 iyun, AZƏRTAC
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bərdə şəhərində hərbçilərin yürüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrut üzrə yürüş ediblər. Bərdə sakinləri hərbçilərin yürüşünü qürur hissi ilə izləyiblər.
Müxbir – Tahir Ağaməmmədov