“Silk Way Travel” Şarm Əl-Şeyx kurortuna sərfəli qiymətlərlə turlar təklif edir
Bakı, 25 may, AZƏRTAC
“Silk Way Travel” şirkəti yay mövsümündə Qırmızı dənizin məşhur Şarm Əl-Şeyx kurortuna yeni və sərfəli qiymətlərlə turlar təklif edir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 380 ABŞ dollarından başlayan bu təklifə birbaşa uçuş (“Air Cairo” aviaşirkəti ilə), 6 gecə-7 gün dördulduzlu oteldə gecələmə, sığorta və transfer xidməti (hava limanı-otel-hava limanı) daxildir.
Viza turist tərəfindən Şarm Əl-Şeyx hava limanına gəldikdə ödənilir (qiymət 25 dollardır).
Həmin qiymətlər ikinəfərlik otaqda qalmaq şərti ilə bir nəfər üçün hesablanıb və 2016-cı il iyunun sonunadək qüvvədədir.
Şarm Əl-Şeyx kurortuna ilk uçuş iyunun 3-də yerinə yetiriləcək. Uçuşlar “Air Cairo” aviaşirkəti tərəfindən həftədə 1 dəfə - hər cümə günü həyata keçiriləcək.