Şimaldan gələn soyuq su kütləsi Abşeronun əsasən şimal hissəsinin sahilyanı ərazilərində suyu soyudur
Bakı, 1 sentyabr, AZƏRTAC
Xəzər dənizi suyunun temperaturu üzərində aparılan ölçmə işləri göstərir ki, Abşeronun şimalında dəniz suyunun temperaturu 21-22°, cənub çimərliklərində isə 27-28°-dir.
Belə ciddi temperatur fərqi nadir hallarda baş verir. Səbəbi əsasən sinoptik vəziyyət və Xəzərin hidrometeorologiyası ilə bağlıdır.
Bunu AZƏRTAC-a müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Xidmət rəisinin sözlərinə görə, uzun müddətdir ki, Xəzərin şimalında davamlı olaraq şərq küləyi əsir: “Mahaçqalada və daha şimalda havanın temperaturu da bizim ərazi ilə müqayisədə 10°-dək aşağıdır. Belə ki, Mahaçqalada dəniz suyunun temperaturu cəmi 17-18°-dir. Sualtı axınlarla ərazimizə daxil olan və səth suları ilə qarışan daha soyuq su kütləsi Abşeronun əsasən şimal hissəsinin sahilyanı ərazilərində suyu soyudur. Havanın temperaturunun kifayət qədər yüksək (36-38°) olmasına baxmayaraq, şimaldan gələn soyuq su axını suyun temperaturunun yüksəlməsinə imkan vermir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]