Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qanadlı raket buraxıb
Pekin, 22 iyul, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində bir neçə qanadlı raket buraxıb.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla belə məlumatı yayıb. Qərargah Cənubi Koreya və ABŞ hərbi kəşfiyyatının yerli vaxtla gecə saat 4:00 radələrində buraxılan raketlərlə bağlı məlumatları təhlil etdiyini bildirib.
Şimali Koreya mart ayında sınaq buraxılışını etdiyi qanadlı raketin nüvə başlığı daşıya bildiyini açıqlamışdı.
Qeyd edək ki, Şimali Koreyanın qanadlı raket buraxılışları Koreya yarımadasında gərginlik fonunda baş verir. Belə ki, ABŞ-nin hərbi dəniz qüvvələrinə məxsus “USS Kentucky” strateji sualtı qayığının Cənubi Koreyanın Pusan limanına daxil olması, ABŞ-Cənubi Koreya nüvə məsləhət qrupunun ilk toplantısının keçirilməsindən sonraya təsadüf edir.
Pxenyan bəyan edib ki, ABŞ sualtı qayığının Cənubi Koreya limanına daxil olması KXDR-in nüvə silahından istifadə etməsinə səbəb ola bilər. KXDR iyulun 19-da Yapon dənizi istiqamətində iki qısamənzilli ballistik raketin sınaq buraxılışını da həyata keçirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
- 29.09.2026 [10:44]
Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb
- 29.09.2026 [10:42]
Suriyada qaz kəməri partladılıb
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:36]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [19:19]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [19:17]