Şinzo Abe 2011-ci il zəlzələsinin doqquzuncu ildönümü ərəfəsində Fukuşima prefekturasına səfər edib
Tokio, 7 mart, AZƏRTAC
2011-ci ildə Fukuşima prefekturasında baş vermiş güclü zəlzələ və sunaminin doqquzuncu ildönümü ərəfəsində Yaponiyanın Baş Naziri Şinzo Abe martın 7-də bu prefekturaya səfər edib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Sakit okean sahillərində yerləşən Namie şəhər qəbiristanlığında keçirilən mərasimdə Baş Nazir zəlzələ qurbanlarının abidəsinin önünə gül dəstəsi qoyaraq, onların ruhuna dua oxuyub.
Sonra Baş Nazir Hidrogen Energetikası Tədqiqatları Mərkəzinin açılışında iştirak edib.
Daha sonra Ş.Abe 2011-ci ildə “Fukusima-1” Atom Elektrik Stansiyasında baş vermiş qəzadan sonra tətbiq edilən təxliyə vəziyyətinin cari ayın əvvəllərində ləğv olunduğu Futaba şəhərinə gəlib. Şəhərin meri Şiro İzava Baş Nazirə məlumat verib ki, Futaba dəmir yolu stansiyası bu günlərdə açıq elan olunan zonaya daxil edilib. Həmin stansiyada Ş.Abeyə şəhərin bərpası ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]