SİYƏZƏN-XIZI VƏ ƏLİ BAYRAMLI-SABİRABAD FİBER-OPTİK KABEL XƏTTİ İSTİSMARA VERİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, gələcəkdə Saatlı-İmişli-Beyləqan-Füzuli, fiber-optik kabel xətləri Bərdə-Ağcabədi çəkiləcəkdir. Sabirabaddan çəkiləcək Transasiya-Avropa (TAE) magistral xətti Bərdəyə çatandan sonra Azərbaycanda ikinci dairəvi rabitə yaradılacaqdır.
Xatırladaq ki, birinci dairəvi rabitə Şəki-Qax xəttinin çəkilməsi ilə yaradılmışdır.