SLOVAKİYA PARLAMENTİ “ERMƏNİ SOYQIRIMI”NI TANIMIŞDIR BU TÜRKİYƏDƏ BÖYÜK NARAZILIĞA SƏBƏB OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 2-də Slovakiya parlamentində Türkiyənin Avropa Birliyinə namizədliyi məsələsi müzakirə olunarkən “1915-ci ildə Osmanlı dövlətində ermənilərə qarşı soyqırımın işlənməsi” haqqında məsələ gündəliyə salınmış və səs çoxluğu ilə qəbul edilmişdir. Slovakiya parlamentinin bu qərarı Türkiyədə böyük narazılığa səbəb olmuşdur. Slovakiyanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılaraq ondan məsələ ilə əlaqədar məlumat alınmışdır. Səfir parlamentin bu qərarının hökumət üçün də gözlənilməz olduğunu nəzərə çatdırmış, Slovakiya parlamentinin bu qərarının yalnız mənəvi xarakter daşıdığını, iki ölkə arasında siyasi və iqtisadi münasibətlərə heç bir təsiri olmayacağını bildirmişdir. Buna baxmayaraq, səfirə Türkiyənin narazılığı çatdırılmış və bu qərarın iki ölkə arasındakı əməkdaşlığa mənfi təsir göstərəcəyi bildirilmişdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]