Slovakiya Ukraynaya MiQ-29 qırıcıları göndərəcək
Bakı, 18 mart, AZƏRTAC
Slovakiya Ukraynaya MiQ-29 qırıcıları göndərəcək.
AZƏRTAC Reuters-ə istinadla xəbər verir ki, bunu Baş nazir Eduard Heger bildirib.
Slovakiya, həmçinin KUB hava hücumundan müdafiə sisteminin bir hissəsini də Ukraynaya verəcək.
“Qırıcıların təhvil verilməsi prosesi Polşa, Ukrayna və təbii ki, digər müttəfiqlərlə sıx əlaqəli şəkildə həyata keçirilir. Slovakiya Avropa İttifaqından maliyyə təzminatı da alacaq”, - deyə o əlavə edib.
Heger, həmçinin ABŞ-la təxminən 700 milyon dollar dəyərində hərbi məhsulların tədarükü ilə bağlı da razılığa gəldiyini vurğulayıb.
Slovakiya köhnəlmiş MiQ-29 təyyarələrini əvəz etmək üçün 2018-ci ildə ABŞ-dan F-16 qırıcıları sifariş edib. ABŞ istehsalı olan ilk təyyarələrin 2024-cü ildə çatdırılması gözlənilir.
Qeyd edək ki, Polşa tərəfi də yaxın günlərdə Ukraynaya dörd ədəd MiQ-29 döyüş təyyarəsi göndərəcəyini açıqlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]